Azərbaycandan bu ilin yanvar-may aylarında 91,4 milyon ABŞ dolları məbləğində 34,1 min ton alüminium ixrac edilib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 24,8% az, həcm baxımından isə 4,4% çoxdur.

Hesabat dövründə alüminium ixracı ölkənin ümumi ixracının 0,57%-ni təşkil edib.