Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında 166,6 milyon ABŞ dolları məbləğində 63,5 min ton alüminium ixrac edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 9,6 milyon dollar az, həcm baxımından isə 23,1% çoxdur.

Hesabat dövründə alüminium ixracı ölkənin ümumi ixracının 0,57%-ni təşkil edib.

 

Gözəl Həşimova