İqtisadiyyat.az xəbər verir ki, turizm şirkətinin rəhbəri Nəzər Quliyev karavan turizminin inkişafı üçün xüsusi yerlərin yaradılmasının vacib olduğunu bildirib:

“Avropa və Rusiyada bu istirahət növü çoxdan inkişaf edib. Azərbaycanda karavanların bir günlük icarə qiyməti 150-250 manat arasıdır”.

Almaniya və Polşada karavan istehsal edən şirkətin direktoru Rəşad Quliyevin sözlərinə görə, bir neçə aydan sonra Azərbaycanda da karavanların istehsalına başlayacaqlar.