Ötən gün Lənkəran şəhərində yerləşən "Sultan saray" adlı şadlıq evində imtahan təşkil edilib. 

"Unikal"ın əldə etdiyi məlumata görə, Milli Qəhrəman Mübariz İbrahimov adına Liseyin şagirdləri sözügedən şadlıq sarayında təşkil edilən sınaq imtahanında iştirak ediblər. 

Şadlıq sarayının icraçı direktoru Mais İbrahimov saytımıza açıqlamasında sınaq imtahanının şagirdlər üçün ödənişsiz formada təşkil olunduğunu bildirib:

"Biz müqavilə bağladıq, və qanuni şəkildə imtahanın keçirilməsini təmin etdik", - deyə o qeyd edib.