Azərbaycan bu ilin yanvar-may aylarında 15,5 milyon dollar dəyərində 46,8 min ton qarğıdalı idxal edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 2,1 milyon dollar və ya 16% çoxdur.

Hesabat dövründə qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,23%-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 13,4 milyon dollar dəyərində qarğıdalı idxal edib.