Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qazaxıstana rəsmi səfəri davam edir. Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası adına Milli Müdafiə Universitetini ziyarət edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Universitetlə tanışlıqdan sonra müdafiə naziri universitetin rəisi general-mayor Lut Alçekenovla görüşüb.

Görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb. Sonda xatirə fotosu çəkdirilib.