Azərbaycandan bu ilin yanvar-may aylarında Türkiyəyə neft ixracı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 dəfə artaraq 459,9 min ton təşkil edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu müddət ərzində ölkənin Türkiyəyə ixrac etdiyi neftin dəyəri isə 459,9 milyon dollar olub. Bu da illik müqayisədə 3,8 dəfə və ya 341 milyon dollar çoxdur.

Əlavə edək ki, bu dövrdə iki ölkə arasında ticarət dövriyyəsi 3,5 milyard dollar təşkil edib.