Azərbaycandan bu ilin yanvar-may aylarında 45,6 milyon dollarlıq qara metal ixrac edilib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, qara metalların ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,7 milyon dollar və ya 23% azdır.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 59,3 milyon dollarlıq qara metal ixrac edib.