Bu ilin yanvar-may aylarında Azərbaycan 138 milyon 650,26 min ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41 milyon 368,7 min ABŞ dollar və ya 42,5 % çoxdur.

Hesabat dövründə geyim əşyaları və geyim üçün ləvazimatların idxalı Azərbaycanın ümumi idxalının 2,03 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 11 milyon 752 min 575,69 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 7 milyard 220 milyon 253,42 min ABŞ dolları təşkil edib.