Azərbaycandan bu ilin yanvar-may aylarında 54,6 milyon dollar dəyərində 11 min ton fındıq ixrac edilib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ölkənin fındıq ixracından qazancı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 87,7 min dollar çoxdur.

Əlavə edək ki, bu dövrdə Azərbaycanın qeyri-neft sektorunda fındıq ixracının payı 3.73% təşkil edib.