ABŞ-ın Suriyanın şimal-şərqindəki bazası raket hücumuna məruz qalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “The Hill” ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi mayor Con Mura istinadən xəbər verib.

O qeyd edib ki, Əl-Ömər yatağının ərazisində yerləşən bazanın atəşə tutulması nəticəsində xəsarət alan olmayıb.

Xatırladaq ki, daha əvvəl ABŞ silahlı qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) Suriyadakı obyektlərinə bir sıra hava zərbələri endirib.

ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumatına görə, martın 23-də ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının Suriyanın şimal-şərqindəki bazasına pilotsuz uçuş aparatının hücumu nəticəsində “bir amerikalı müqaviləli hərbçi ölüb, beş ABŞ hərbi qulluqçusu və bir amerikalı müqaviləli hərbçi yaralanıb”.