ABŞ-ın Tennesi ştatında məktəbdə baş verən atışmada 3-ü şagird olmaqla 6 nəfərin ölümü ilə əlaqədar olaraq ölkədə matəm elan edilib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı prezident Cozef Bayden göstəriş verib. Göstərişə əsasən, hərbi qarnizonlar və ölkə daxilində donanma gəmiləri də daxil olmaqla, bütün ictimai binalarda bayraqlar yarıya endiriləcək.

Bu qərar həmçinin ABŞ-ın bütün xarici ölkələrdəki səfirlikləri, konsulluqları, hərbi bazaları və donanma məntəqələrinə də aiddir.

Qeyd edək ki, dünən ABŞ-ın Tennessi ştatının Nashville şəhərində özəl məktəb olan “The Covenant”a silahlı hücum nəticəsində 3-ü şagird olmaqla 6 nəfər həlak olub. Hadisəni törədən şəxs öldürülüb. Qatilin həmin məktəbin məzunu olan qadın - 28 yaşlı Odri Elizabet Hale olduğu bildirilib.