Dünyada ilk dəfə uçan Xpeng avtomobilinin buraxılış tarixləri və qiyməti açıqlanıb.

Bu barədə Bloomberg məlumat yayıb .

Bildirilir ki, Xpeng elektromobili 2025-ci ilə qədər kütləvi istehsalda ola və satışa çıxarıla bilər. Uçan avtomobilin qiyməti 140 min dollar nəzərdə tutulub. Avtomobil ümumi istifadədə olan yollarda tıxac yaranan zaman havaya qaldırıla bilər. Avtomobilin dörd elektrik mühərriki olacaq.

Mənbə bildirir ki, bu avtomobil bazarının inkişafı üçün 10-15 il lazım olacaq.