Keçmiş vəkil Elman Paşayev Moskvada saxlanılıb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko bildirib.

Qeyd edilib ki, E.Paşayev barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə cinayət işi açılıb.

S.Petrenko həmçinin qeyd edib ki, E.Paşayev barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi hazırda müzakirə olunur.

İstintaqın məlumatına görə, 2024-cü ilin fevralında Paşayev Aleksey Blinovskini inandırıb ki, böyük pul mükafatı müqabilində Blinovski və onun həyat yoldaşı Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edə bilər.

Razılaşma əldə olunandan sonra Paşayev Blinovskidən külli miqdarda pul alıb.

Keçmiş vəkilin ittiham olunduğu maddə üzrə 1 milyon rubl həcmində cərimə olunmaqla, 10 ilə qədər azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur.