İran hökuməti Rusiya ilə əməkdaşlıq edir, ticarət edir, lakin onu raketlə təmin etmir.

İqtisadiyyat.az xəbər verir ki, bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İRİB telekanalının efirində deyib.

İran prezidenti əlavə edib ki, ölkəsi Ukrayna-Rusiya münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. 

M.Pezeşkian həmçinin deyib ki, İran nüvə silahı əldə etmək niyyətində deyil, lakin ABŞ və Avropa tərəfindən təhdid olunur.