Bu ilin yanvar-avqust aylarında Çin iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi illik müqayisədə 31,5% azalaraq 580,19 milyard yuan (81,8 milyard dollar) təşkil edib.

İqtisadiyyat.az bu barədə "İnterfax"a istinadən xəbər verir.

Məlumata görə, yüksək texnologiyalı istehsal ümumi investisiyanın 12,4%-ni təşkil edib.

Eyni zamanda, səkkiz ay ərzində ölkədə xarici kapitalın iştirakı ilə 36 968 min yeni müəssisə qeydiyyata alınıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,5% çoxdur.

 

Gözəl Həşimova