Azərbaycanda bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

"YAŞAT" Fondu tərəfindən bu il də ilk dəfə tələbə adını qazanan şəxslərə 2000 AZN pul mükafatı veriləcək.

Bu barədə İqtisadiyyat.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2024-2025-ci tədris ili üzrə rəsmi akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailə üzvləri ilə görüşüb.

Ülvi Mehdiyev onları bu əlamətdar hadisə münasibətilə təbrik edib, təhsil həyatlarında və gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Görüş iştirakçılarına Fond tərəfindən təsis olunmuş 2000 AZN birdəfəlik pul mükafatının sertifikatları təqdim olunub.  

İlk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və müharibə əlilləri mükafatla bağlı ətraflı məlumatı 8110 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərlər.