Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə İraq Ticarət Palatalar Federasiyası arasında Azərbaycan-İraq Biznes Şuranın yaradılması haqqında razılaşma imzalanıb.

İqtisadiyyat.az AZƏRTAC-a istinadən xəbər verir ki, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İraq Ticarət Palatalar Federasiyasının prezidenti Abdulrazaq Al-Zuheyri imzalayıblar.

Sənəd Azərbaycan-İraq biznes forumu çərçivəsində imzalanıb.

***

15:23

Azərbaycan və İraq arasında ikitərəfli iqtisadi, xüsusilə də ticarət və investisiya əlaqələrinin möhkəmlənməsi üçün KOB-lar arasında qarşılıqlı təmasları artırmaq vacibdir.

İqtisadiyyat.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-İraq biznes forumunda çıxışı zamanı deyib.

O bildirib ki, yaradılacaq Azərbaycan-İraq Biznes Şurası hər iki ölkənin KOB-ları arasında işbirliyinin daha da artırılmasında faydalı olacaq.

“Eyni zamanda, enerji sahəsində əməkdaşlıq ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında mühüm yer tutur və Azərbaycan bu sahə üzrə potensial əməkdaşlıq imkanlarının dəyərləndirilməsində maraqlıdır”, - deyə Mikayıl Cabbarov əlavə edib.