Böyük Britaniyanın gəmiqayırma korporasiyalarından biri, 1912-ci ildə gəmiqayırma zavodunda "Titanik" gəmisini inşa edən "Harland and Wolff" iflas edib.

İqtisadiyyat.az bu barədə "Lenta.ru"ya istinadən xəbər verir.

Məlumata görə, "Harland and Wolff" xarici idarəetməyə keçəcək. Buna səbəb isə onun müflis olmasıdır. Bəyanatda qeyd edildiyi kimi, müflis olan şirkət xarici idarəetmə altında "Teneo" konsaltinq firmasının nümayəndələrinə veriləcək. Proses bu həftə başlayacaq.

Qeyd edək ki, şirkət son bir neçə il ərzində ciddi əməliyyat itkiləri ilə işləyir. Belə ki, şirkət 2022-ci ili 24,7 milyon funt sterlinq, 2023-cü ili isə 58,5 milyon funt sterlinq zərərlə başa vurub. 2024-cü ilin iyul ayına olan məlumata görə, korporasiyanın ümumilikdə 1,6 min işçisi var.

 

Gözəl Həşimova