Ən böyük çip istehsalçılarından biri olan Amerikanın "Intel" şirkəti Avropaya investisiya qoymağı dayandıracaq.

İqtisadiyyat.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, artıq Almaniya və Polşada bir sıra iri layihələrin maliyyələşdirilməsi iki il müddətinə dayandırılıb.

"Intel"in Avropa iqtisadiyyatına investisiyalarını dayandırmasının səbəbi maliyyə problemləridir. Analitiklərin proqnozlarının əksinə olaraq, ikinci rübdə satışlar 14,38 milyard yox, 12,5-13,5 milyard təşkil edəcək.

 

Gözəl Həşimova