Dünyanın 250 ən böyük podratçı şirkətinin ötən il gəlirləri 499,7 milyard dollarla son 8 ilin ən yüksək səviyyəsinə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə beynəlxalq inşaat sənayesi nəşrlərindən biri olan "Engineering News Record" (ENR) jurnalının 2023-cü il üçün "250 Ən Böyük Beynəlxalq Podratçı Şirkətlər Siyahısı" hesabatında deyilir.

Qlobal inflyasiya, tədarük zəncirindəki problemlər, iqlim dəyişiklikləri və regional münaqişələrə baxmayaraq, tikinti nəhənglərinin gəlirləri 2022-ci ilə nisbətən 16,6% artıb.

İllər

Tikinti nəhənglərinin gəlirləri

2015

501,1 milyard dollar

2016

468,1 milyard dollar

2017

482,4 milyard dollar

2018

487,3 milyard dollar

2019

473,1 milyard dollar

2020

420,4 milyard dollar

2021

397,9 milyard dollar

2022

428,5 milyard dollar

2023

499,7 milyard dollar

 

Hesabata görə, COVID-19 pandemiyasının yayıldığı 2020 və 2021-ci illərdə podratçı şirkətlərin gəlirləri təxminən 75 milyard dollar azalıb.

Ötən il beynəlxalq tikinti şirkətləri 130,8 milyard dollarla Avropada öhdələrinə götürdükləri layihələrdən ən çox gəlir əldə ediblər. Avropa bazarını 89,6 milyard dollar gəlirlə Asiya izləyib. ABŞ-də podratçı şirkətlərin əldə etdiyi gəlirlər isə 71,5 milyard dollara çatıb. Yaxın Şərq bazarından əldə olunan gəlirlər keçən il 28,8% artaraq 64,3 milyard dollara çatıb. 

 

Gözəl Həşimova