Dünyada dizel tələbatının artacağı proqnozlaşdırılır. Buna səbəb isə dizelin nəqliyyat və elektrik enerjisi istehsalı üçün geniş istifadə olunan yanacaq növü olmasıdır.
İqtisadiyyat.az-ın araşdırmasına görə, 2045-ci ildə dünyada gündəlik dizel və benzin tələbatının 31,7 milyon barelə çatacağı gözlənilir.
Bu isə dünyada bütün neft məhsulları arasında ən yüksək göstəricidir.
Sentyabrın 9-na olan məlumata görə dünya üzrə dizelin orta qiyməti bir litr üçün 1,21 ABŞ dolları təşkil edib. Statistikaya əsasən, dizel ən ucuz qiymətə Venesuelada, ən baha qiymətə isə Honq-Konqda satılır.
Araşdırmalara görə, 2022-ci ildə dizelin ən böyük ixracatçısı ABŞ (138 milyard dollar), Hindistan (86,2 milyard dollar), Hollandiya (68,1 milyard dollar), Rusiya (67,4 milyard dollar) və Sinqapur (62,9 milyard dollar) olub.
Hesabat dövründə bu yanacağ növünü ən çox istehlak edən ölkələr ABŞ, Çin, Hindistan və Brazilya olub. Dizel istehsalına lider ölkə isə yenə də ABŞ olub.
Azərbaycanda dizelin bir litrinin qiyməti isə 0,588 dollardır. Beləliklə, Azərbaycan dizelin ucuz olmasına görə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında lider, dünyada isə 14-cü yerdədir.
Ölkə |
1 lirt dizelin qiyməti |
Venesuela |
0,004 dollar |
İran |
0,006 dollar |
Liviya |
0,032dollar |
Anqola |
0,216 dollar |
Əlcəzair |
0,219 dollar |
Misir |
0,238 dollar |
Türkmənistan |
0,286 dollar |
Səudiyyə Ərəbistanı |
0,307 dollar |
Küveyt |
0,376 dollar |
Ekvador |
0,470 dollar |
Bəhreyn |
0,478 dollar |
Boliviya |
0,538 dollar |
Qətər |
0,563 dollar |
Azərbaycan |
0,588 dollar |
Qazaxıstan |
0,608 dollar |
Rusiya |
0.735 dollar |
Qırğızıstan |
0.889 dollar |
Özbəkistan |
0.934 dollar |
ABŞ |
0,939 dollar |
Çin |
1.041 dollar |
Yaponiya |
1.082 dollar |
Moldova |
1.129 dollar |
Gürcüstan |
1.221 dollar |
Tacikistan |
1,210 dollar |
Türkiyə |
1.270 dollar |
Ukrayna |
1.341 dollar |
Ermənistan |
1.343 dollar |
Fransa |
1.776 dollar |
Hollandiya |
1.803 dollar |
İtaliya |
1.815 dollar |
İsrail |
1.902 dollar |
Honq-Konq |
3.136 dollar |
Gözəl Həşimova