Xəbər verdiyimiz kimi, ötən gün ABŞ-nin "Apple" korporasiyası yeni məhsullarının təqdimatını keçirib.

"iPhone 16"nın özəllikləri və qiyməti hər kəsi maraqlandıran əsas mövzulardan olub.

"Operativ Media" yeni modellərin Azərbaycandakı satış qiymətlərini təhlil edib. 

Ötən il "iPhone 15 - 128GB " və "iPhone 15 plus - 128GB" modellərinin qiyməti müvafiq olaraq, 799 dollar və 899 dollardan başlayaraq satışa çıxarılmışdı. 

Həmin modellər çox keçmədən Azərbaycanda yerli elektronika mağazaları tərəfindən satışa çıxarıldı. 

Qiymətlər isə 799 dollarlıq model üçün 2599.99 AZN-dən, 899 dollarlıq model üçün isə 2899.99 - AZN-dən başlayırdı. Həmin dövrdə "iPhone 15 Plus 512 GB" modeli satışa  - 3799.99 AZN-dən çıxarılmışdı. 

Bu il də "iPhone 16 - 128 GB" modeli 799 dollardan satışa çıxarılıb. Bu isə onu deməyə əsas verir ki, yeni "iPhone 16" modelinin Azərbaycanda satış qiyməti minimum 2 599 AZN-dən başlayacaq. Təhlillərimiz göstərir ki, yeni "Apple" məhsulunun ən bahalı versiyası müvafiq olaraq, 3799 AZN-dən ucuz olmayacaq.