Azərbaycanda dörd universitetə publik hüquqi şəxs statusu verilib.
İqtisadiyyat.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb.
Qərarlarla Azərbaycan Memarlıq və İnşaat Universitetinə, Azərbaycan Rəssamlıq Akademiyasına, Bakı Slavyan Universitetinə və Azərbaycan Texnologiya Universitetinə publik hüquqi şəxs statusu verilib və nizamnamələri təsdiqlənib.