Serbiya prezidenti Aleksandr Vuçiç ölkədə "hərbi xidmətə çağırış"ın bərpası haqqında fərman imzalayıb.

Bu barədə İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir.

Məlumata görə, ölkədə hərbi xidmət müddəti 75 gündür və bu, kişilər üçün məcburi, qadınlar üçün könüllü olacaq.

Qeyd edək ki, Serbiya 2011-ci ildə məcburi hərbi xidməti ləğv edib.

 

Gözəl Həşimova