Livanın paytaxtı Beyrutda rabitə qurğularının eyni anda partlaması zamanı İranın bu ölkədəki səfiri Müctəba Əmani də yaralanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Mehrnews” məlumat yayıb.

Səfir Müctəba Əmaninin yüngül xəsarət aldığı və hazırda xəstəxanada müşahidə altında olduğu bildirilir.

Qeyd edək ki, Beyrutda "Hizbullah" tərəfindən istifadə edilən portativ rabitə qurğularının partlaması nəticəsində 1000 nəfər yaralanıb.