Azərbaycandan bu ilin yanvar-avqust aylarında Türkiyəyə neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 70,8% azalaraq 314,2 min ton təşkil edib.
Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Hesabat dövründə ölkənin Türkiyəyə ixrac etdiyi neftin dəyəri isə 71% azalaraq 173,1 milyon dollar olub.
Gözəl Həşimova