Samux Rayon İcra Hakimiyyətinin elan etdiyi Samux şəhəri ərazisində abadlıq işləri üzrə tenderin qalibi müəyyənləşib.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi "Elman" MMC olub.

Şirkətlə 199.967,86 manat məbləğində müqavilə imzalanacaq. 

Qeyd edək ki, "Elman" MMC-nin fəaliyyəti ilə bağlı məlumatlar ictimaiyyətə açıqlanmayıb.

Xatırladaq ki, Samux RİH-nin başçısı Qocayev Alı İbrahim oğludur. O, 2012-ci ildən bu vəzifədə çalışır.  

Gülşən Şərif