Naxçıvan Sağlamlıq Mərkəzi və Naxçıvan Perinatal Mərkəzinin yanğın təhlükəsizliyi qaydalarına riayət etmədiyi aşkarlanıb.

İqtisadiyyat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) tibb müəssisəsində nöqsanlar aşkarlayıb.

Buna görə də tibb müəssisələri barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Birinci protokol Naxçıvan Şəhər Məhkəməsində hakim Gülnar Səfərəliyevanın, ikincisi isə hakim Gülsüm Əliyevanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, İXM-nin 518.1-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.