Tanınmış həkim-fizioterapevt Orxan Eyyublu "Rabitəbank"ı məhkəməyə verib.

İqtisadiyyat.az xəbər verir ki, o, banka qarşı Nəsimi Rayon Məhkəməsinə iddia qaldırıb.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır.

Detallar tam açıqlanmasa da, məhkəmə işi hakim Vüsalə Musayevanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, O.Eyyublu bir sıra tibb müəssisələrində çalışıb. O, 2022-ci il iyul ayından Pirallahı Tibb Mərkəzinə Fizioterapiya şöbəsinin müdiri vəzifəsində işləyir. Həkim-fizioterapevt "Bel nahiyəsində ağrıların konservativ müalicəsinə dair müasir yanaşmalar" adlı klinik tövsiyənin müəllifidir.