Sumqayıt şəhər 2 nömrəli xəstəxanaya baş həkim təyin olunub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifə Arzu Bəndəliyevaya həvalə olunub.

Qeyd edək ki, Arzu Bəndəliyeva bundan öncə Sumqayıt Tibb Mərkəzinin direktor müavini vəzifəsində çalışıb.