Fövqəladə Hallar Nazirliyi (FHN) Şahbuz Rayon Mərkəzi Xəstəxanasında nöqsanlar aşkarlayıb.

İqtisadiyyat.az xəbər verir ki, nazirliyin apardığı yoxlama nəticəsində bankın Nəsimi filialının yanğın təhlükəsizliyi qaydalarına riayət etmədiyi məlum olub.

Buna görə FHN tibb müəssisəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması üçün Şahbuz Rayon Məhkəməsinə göndərilib. İş hakim Daşqın Səfərovun sədrliyi ilə araşdırılacaq.

Bankın barəsində protokol tərtib olunan maddədə deyilir ki, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.