Fövqəladə Hallar Nazirliyi (FHN) Naxçıvanda poçt və xəstəxanalarda nöqsanlar aşkarlayıb.

İqtisadiyyat.az xəbər verir ki, muxtar respublikadakı Yoluxucu Xəstəliklər Mərkəzi, Ağız və Diş Sağlamlıq Mərkəzi və Naxçıvanpoçtda yoxlama zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulduğu məlum olub.

Buna görə də nazirlik qeyd olunan publik hüquqi şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokollar baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

Protokolların tərtib olunduğu maddədə deyilir ki, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.