2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 2627 ədəd minik avtomobili istehsal edilib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 685 ədəd artıb.

Dövr ərzində traktorların istehsalı isə 17,6 faiz azalıb.