Bu ilin yanvar-avqust aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 279,3 milyon manat dəyərində məhsul istehsal edilib.
Bu barədə İqtisadiyyat.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə geyim istehsalında 0,4 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 8,0 faiz, toxuculuq sənayesində isə 10,3 faiz azalma müşahidə olunub.