Bu ilin yanvar-avqust aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 165,8 milyon manat təşkil edib.

İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 72,2 faiz, elektrik avadanlıqlarının istehsalı isə 39,9 faiz artıb. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə noutbukların istehsalı 3,5 dəfə, güc transformatorlarının istehsalı 57,3 faiz, ölçmə cihazlarının istehsalı isə 56,2 faiz artıb.

 

Gözəl Həşimova