Bu ilin yanvar-iyul aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 139,7 milyon manat təşkil edib.

İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 73,6 faiz, elektrik avadanlıqlarının istehsalı isə 33,9 faiz artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə noutbukların istehsalı 2,2 dəfə, güc transformatorlarının istehsalı isə 58,5 faiz artıb.

 

Gözəl Həşimova