Hindistan 2024-2025-ci maliyyə ilində Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 160 tona qədər qızıl almaq niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hindistan Nazirlər Kabineti məlumat yayıb.

Məlumata görə, Hindistan keçən maliyyə ilində qızıl idxalını 30% artıraraq 45,54 milyard dollara çatdırıb.

Qızıl idxalı iki ölkə arasında 2022-ci il mayın 1-dən qüvvəyə minən "Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi"nə uyğun olaraq həyata keçiriləcək.

Bildirilib ki, bu ilin aprel-iyul aylarında Hindistanın qızıl alışı 4,23% azalaraq 12,64 dollar təşkil edib.

 

Gözəl Həşimova