Dövlət Dəniz və Liman Agentliyinin elan etdiyi "Mebel avadanlıqlarının satınalınması" tenderinin qalibi açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi "Offissa Dizayn Ko" MMC olub.

Tenderə görə, Agentliyə ümumilikdə, 52 kreslo təhvil veriləcək. Həmin kreslolardan 3-ü rəhbər heyət üçün nəzərdə tutulub. Rəhbər heyət üçün nəzərdə tutulan bu kresloların təsvirində deyilir ki, arxalıq hündürlüyü 800 mm, oturacaq hündürlüyü 475-535 mm, oturacaq eni isə 500 mm olmalıdır.

Kresloların yüksək keyfiyyətli dəri materialından, eləcə də rənginin qara və ağ olmasının vacibliyi qeyd edilib.

Bildirilib ki, xrom materialda qoltuqlu və qoltuq üzərində qol qoyulan hissədə 2 sm qalınlığında, üz hissəsi dəridən və içəri hissəsi xüsusi yumşaq materialdan ibarət xüsusi qatı olmalıdır. Bununla yanaşı həmin kresloların xrom amartezatorları olmalı və kürəyi açılıb hərəkət etməlidir.

Eyni zamanda tələb olunan kreslo üçün digər özəlliklər kürək hissəsinin baş tərəfinin və kənarlarının qabarıq, hərəkətli boyun dəstəyinin, hərəkətli qolluqların olmasıdır.

Həmçinin qeyd edilib ki, kreslo fırlanan və ortopedik olmalı, maksimum yük 120 kq olmalıdır.

Şirkətlə 14.136,4 manat məbləğində müqavilə imzalanacaq.

Qeyd edək ki, "Offissa Dizayn Ko" MMC bir neçə dəfə tenderlərdə qalib olub. Şirkət 2020-ci ildə COVİD-19 pandemiyasından zәrәr çәkdiyinә görә muzdlu işçilәrinә әmәk haqqının müәyyәn hissәsinin ödәnilmәsi üçün dövlәtdәn maliyyә dәstәyi almış vergi ödәyicilәri siyahısında da yer alıb.

Gülşən Şərif