ABŞ-də həm xam neft, həm də yanacaq ehtiyatları artığı üçün neft qiymətləri ucuzlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin iyul müqaviləsində bir barelin qiyməti 30 sent və ya 0,36% ucuzlaşaraq 82,86 dollar olub.

"WTI" markalı neftin may müqaviləsində bir barelin dəyəri isə 25 sent və ya 0,32% azalaraq 78,13 dollar təşkil edib.

 

Gözəl Həşimova