Sosial şəbəkələrdə “Bakcell” mobil operatorunun bir sıra tariflərinin ləğv edilməsi barədə məlumat yayılıb. Bildirilir ki, bu gündən etibarən “Özəl tarif”, “QoşaCİN” və “SevinCİN” birdəfəlik ləğv edilir. Bu tariflər isə avtomatik olaraq “ƏlaSaat” tarifi ilə əvəzlənəcək. 

Yayılan məlumatda o da qeyd olunur ki, artıq bir neçə gündür “Əlaay”, “Əlagün” və “CİN5” tarifləri deaktiv olub. 

İqtisadiyyat.az mövzu ilə bağlı "Bakcell"in mətbuat xidmətilə əlaqə saxlayıb. Şirkətdən bildirilib ki, yayılan məlumatla bağlı tezliklə rəsmi açıqlama veriləcək. 

Mövzunu diqqətdə saxlayacağıq.