Xocavənd rayonunun Zoğalbulaq yaşayış məntəqəsi ərazisində 35 kV-luq "Zoğalbulaq" yarımstansiyası inşa olunacaq.

Bu barədə İqtisadiyyat.az "Azərişıq"dan məlumat əldə edib.

Qeyd edilib ki, dairəvi sxemin bir hissəsini təşkil edəcək Hadrut "Qovşaq" yarımstansiyası ilə "Zoğalbulaq" yarımstansiyası arasında 35 kV-luq iki dövrəli ÖİN(SİP-3) xətti də çəkiləcək.

"Azərişıq" sözügedən işlərin 7,7 milyon manata başa gələcəyini ehtimal edir.