Vyetnam düyüsünün ixrac qiyməti dünyanın ən böyük ixracatçılarının təklifləri arasında ən yüksək səviyyəyə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Vyetnam Qida Assosiasiyası məlumat yayıb.

Qeyd olunur ki, hazırda Vyetnam düyüsünün bir tonun qiyməti 575 dollara satılır ki, bu da Tayland və Pakistandakı məhsullardan müvafiq olaraq 14 və 34 dollar bahadır. Bildirilib ki, digər aparıcı düyü ixrac edən ölkələrlə müqayisədə indi Vyetnam düyüsü ən yüksək qiymətə malikdir.

Vyetnam Qida Assosiasiyasının statistikasına görə, bu ilin ilk yeddi ayında Vyetnam təxminən 3,34 milyard dollar dəyərində 5,3 milyon ton düyü ixrac edib.

 

Gözəl Həşimova