Türkiyə bu il Rusiyadan ən azı 8 milyon ton buğda idxal edə bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Konya Universitetinin professoru Haluk Gedikoğlu bildirib.

Onun sözlərinə görə, bu həcmlər həm daxili istehlak, həm də ixracatçıların ehtiyacları üçün lazımdır.

Bu il Türkiyənin ən azı 10 milyon ton buğda idxalına ehtiyacı var. Türkiyədə xaricdən gətirilən buğdanın müəyyən bir hissəsi ixrac üçün una çevrilir.

 

Gözəl Həşimova