Ötən il Azərbaycanda ümumilikdə 981,197 min ton pomidor istifadə edilib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 2,5 % çoxdur.

Bunun 627,39 min tonu əhalinin şəxsi istehlakının, 141,081 min tonu ixracın, 55,928 min tonu itkilərin payına düşür, 24,338 min tonu qida məhsullarının istehsalı, 11 tonu isə toxum üçün istifadə edilib. Son nəticədə ölkədə 132,449 min ton pomidor ehtiyatı yaranıb.

Hesabat dövründə Azərbaycanda pomidor istehsalı 2,3 % artaraq 845,525 min tona, pomidor idxalı isə 20,8 % artaraq 6,418 min tona çatıb.