Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 54,5 milyon dollar dəyərində 8,8 min ton fındıq ixrac edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ölkənin fındıq ixracından qazancı ötən ilin eyni dövrü ilə müqayisədə 15,2% və ya 9,7 milyon dollar azdır.

Əlavə edək ki, bu dövrdə Azərbaycanın qeyri-neft sektorunda fındıq ixracının payı 2.91% təşkil edib.

 

Gözəl Həşimova