Bu ilin yanvar-iyul aylarında Azərbaycana 172,8 milyon ABŞ dolları dəyərində dənli bitkilər idxal edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə edilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal edilən dənli bitkilərin dəyəri 22,3% azalıb.

Əlavə edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycana 102 milyon 620 min ABŞ dolları dəyərində 460 min 645 ton buğda idxal edilib.

 

Gözəl Həşimova