Qazaxıstana bütün nəqliyyat vasitələri ilə buğda idxalına qoyulan qadağa bu ilin sonuna qədər uzadılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmrində deyilir.

Bu qərar daxili bazarın qorunması və taxılın təkrar ixracı hallarının istisna edilməsi məqsədilə qəbul edilib.

“Bu ilin birinci yarısının nəticələrinə görə, buğda idxalı 1,3 milyon ton təşkil edib ki, bu da 2023-cü ilin illik idxal həcminə bərabərdir. Halbuki Qazaxıstanın daxili bazarında kifayət qədər buğda ehtiyatı var. Bununla əlaqədar, daxili bazarı qorumaq və taxılın təkrar ixracı hallarını istisna etmək məqsədilə ölkə ərazisinə buğdanın bütün nəqliyyat vasitələri ilə idxalına dekabrın 31-dək qadağanın tətbiq edilməsi qərara alınıb", - məlumatda deyilir.

 

Gözəl Həşimova