Bu ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil olmaqla, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi cari il iyulun 1-i vəziyyətinə 1637,1 min hektar olub.

Bu barədə İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ötən illə müqayisədə əkin sahəsi 102,1 min hektar və yaxud 6,7 faiz artıb.Ümumi əkin sahəsi kənd təsərrüfatı müəssisələri üzrə 44,3 faiz, fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatları üzrə 2,1 faiz artıb.

Ölkə üzrə əkin sahələrinin 1025 min hektarını və yaxud 62,6 faizini dənli və dənli paxlalı bitkilərin, 127,9 min hektarını (7,8 faiz) texniki bitkilərin, 128,7 min hektarını (7,9 faiz) kartof, tərəvəz və bostan bitkilərinin, 355,5 min hektarını (21,7 faiz) yemlik bitkilərin əkin sahələri təşkil edib.