Bu ilin yanvar-iyul aylarında Azərbaycan 85,3 milyon dollar dəyərində kərə yağı idxal edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə dəyər ifadəsində 57,7% çoxdur.

Hesabat dövründə kərə yağı idxalı Azərbaycanın ümumi idxalının 0,79%-ni təşkil edib.

 

Gözəl Həşimova